- SİSBEL personalına, auditorlarına, yoxlama heyətinə, imtahan keçirən şəxslərə, qərar qəbul edən şəxslərə, imtahan nəzarətçilərinə, təlimçilərinə, ekspertlərinə, komitə və komissiya üzvlərinə hər hansı səbəbdən təzyiq göstərmir.
Maliyyə maraqlarımızın qərəzsizliyimizə və müstəqilliyimizə mənfi təsir göstərməsinin qarşısını almaq üçün tələb olunan maliyyə resursları rəhbərlik tərəfindən təmin edilir və həyata keçirilən uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri ilə maliyyə maraqlarından irəli gələn təzyiqin yaranmasına yol verilmir.
Sistem sertifikatlaşdırılması, sertifikatın dayandırılması, geri götürülməsi, qüvvədə saxlanılması, müddətinin uzadılması, əhatə dairəsinin daraldılması, genişləndirilməsi və yenidən sertifikatlaşdırma ilə bağlı qərarlar SİSBEL-ə məxsusdur. SİSBEL sertifikatlaşdırma ilə bağlı qərarları heç bir halda xarici mənbəyə həvalə etmir və ikinci və ya üçüncü tərəflərə ötürmür.
İşçi heyətin sertifikatlaşdırılması, sertifikatın dayandırılması, geri götürülməsi, qüvvədə saxlanılması, müddətinin uzadılması, əhatə dairəsinin daraldılması, genişləndirilməsi və yenidən sertifikatlaşdırma ilə bağlı qərarlar SİSBEL-ə məxsusdur. SİSBEL işçi heyətin sertifikatlaşdırılması ilə bağlı qərarları heç bir halda xarici mənbəyə həvalə etmir və ikinci və ya üçüncü tərəflərə ötürmür.
Yoxlamanın nəticəsinə əsasən uyğunluq və ya uyğunsuzluq barədə qərar SİSBEL-ə məxsusdur. SİSBEL yoxlama ilə bağlı qərarları heç bir halda xarici mənbəyə həvalə etmir və ikinci və ya üçüncü tərəflərə ötürmür.
SİSBEL-in tərəfdaşları, daxili və xarici resurslardan cəlb edilmiş personalı və uyğunluğun qiymətləndirilməsi üzrə mütəxəssisləri siyasi, kommersiya, şantaj, təhdid və digər təzyiqlərin təsiri altında qərar qəbul etmirlər.
SİSBEL-in tərəfdaşları və tam ştatlı əməkdaşları fəaliyyət göstərdikləri xidmətlərlə bağlı məsləhət xidməti göstərmirlər.
SİSBEL təqdim etdiyi təlimlər zamanı iştirakçılara və təşkilatlara məsləhət xidməti xarakteri daşıyan yanaşmalar nümayiş etdirmir, yalnız təlimin mövzusu ilə bağlı tələbləri izah edir.
SİSBEL-in uyğunluğun qiymətləndirilməsi üzrə mütəxəssisləri həyata keçirdikləri qiymətləndirmələr zamanı məsləhət xarakterli tövsiyələr vermir və yönləndirmə aparmırlar.
SİSBEL tərəfdaşları və əməkdaşları ilə kommersiya, siyasi, qohumluq və ya dostluq əlaqəsi olan və SİSBEL-dən xidmət alan təşkilatlara uyğunluğun qiymətləndirilməsi üzrə mütəxəssis təyin edilərkən xüsusi həssaslıq göstərir. Belə əlaqəsi olan mütəxəssislər əlaqəli olduqları təşkilat və ya şəxsin uyğunluğunun qiymətləndirilməsi fəaliyyətlərində, qərar qəbul etmə prosesində, eləcə də etiraz və şikayətlər üzrə komitələrdə təyin edilmir.
SİSBEL rəhbərliyi və əməkdaşları uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərində qərəzsizliyin təmin edilməsinin vacibliyini dərk edərək fəaliyyət göstərir və maraqlar toqquşmasını idarə etməklə uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərinin obyektivliyini təmin edirlər.
SİSBEL-in fəaliyyət sahəsində yoxladığı obyektləri layihələndirmək, istehsal etmək, təchiz etmək, quraşdırmaq, satın almaq, onlara sahib olmaq, istifadə etmək və ya texniki xidmət göstərmək fəaliyyəti yoxdur. Həmçinin hər hansı hüquqi şəxsin böyük və ya kiçik səhmdarı deyil.
SİSBEL qərəzsizliyini və müstəqilliyini qiymətləndirmək məqsədilə risk qiymətləndirməsi aparır və zəruri tədbirlər görür. SİSBEL-in fəaliyyətləri ilə bağlı yeni və ya dəyişən şərtlər yarandıqda risk qiymətləndirmələri yenilənir.